Dünya məşhurları peşələrindən başqa "Instagram"da tək paylaşımları ilə belə milyonlarla dollar qazanırlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış brendlər məşhurların qazandıqları məbləği hesablayıb.
Həmin siyahını təqdim edirik:
Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında çıxış edən və İnstaqramda 600 milyon izləyicisi olan Kriştiano Ronaldo “Instagram”da qazandığı qazancla birinci yerdədir.
Siyahının ikinci pilləsində amerikalı realiti-şou ulduzu və "influencer" Kayli Cennerdir. Belə ki, o, İnstaqramdakı paylaşımlarında 1 milyon 835 min dollar qazanır.
Lionel Messi siyahıda üçüncü yeri tutub. 482 milyon izləyicisi olan futbolçu hər paylaşımla 1 milyon 777 min dollar qazanır.
Amerikalı müğənni və aktrisa Selena Qomez 427 milyon insanla İnstaqramda ən çox izləyicisi olan qadın ünvanına da sahibdir. Dördüncü yerdə olan Selena Qomez hər bir paylaşım ilə 1 milyon 735 min dollar qazanır.