Dünya şöhrətli "6ix9ine" ləqəbi ilə tanınan amerikalı repçi Daniel Hernandez əyləndiyi restorandan qovulub.
Lent.az xəbər verir ki, 26 yaşlı ifaçı Mayamidəki restoranların birində dostları ilə birgə yeyib-içib.
Sonra o, icazəsiz barın arxasına keçib və bir şüşə tekilanı birbaşa insanların ağzına tökməyə başlayıb. Bundan başqa, repçi barın masasında rəqs edib.
Buna görə də Daniel və 20-yə yaxın şəxs restorandan çıxarılıb.