Azərbaycan əsilli müğənni Tuğba Ekinci yol polisi ilə dalaşıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, buna səbəb polisin ona bağlanmış yolu keçməyə icazə verməməsi olub.
Özünü təqdim edib keçməyə çalışan 46 yaşlı Tuğba öncə polislə dalaşıb, sonra paparazzilərin hədəfində olduğunu anlayınca, əsəblərinə hakim ola bilməyib, “çəkməyin, niyə çəkirsiniz?”, - deyə hay-küy salaraq, hadisə yerini tərk edib.