Sizcə,  hansı gözəldir?  – Biri çirkin olduğu üçün rol ala bilmədi
16 yanvar 2026 11:11 (UTC +04:00)

Sizcə, hansı gözəldir? – Biri çirkin olduğu üçün rol ala bilmədi

1

Dünyaca məşhur aktrisa Jennifer Lawrence, Sharon Tate rolunu ala bilməməsi barədə illər sonra danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Quentin Tarantinonun onu istədiyini, lakin “kifayət qədər gözəl hesab edilmədiyi” ilə bağlı şərhlərə görə rolun Margot Robbieyə verildiyini düşündüyünü söylədi.

“Oskar” mükafatlı aktrisa Jennifer Lawrence, Quentin Tarantinonun “Bir Zamanlar Hollywoodda” (Once Upon a Time in Hollywood) filmində Sharon Tate rolunu niyə ala bilmədiyi ilə bağlı illər sonra diqqətçəkən açıqlamalar verib.

Jennifer Lawrence

2017-ci ildə Quentin Tarantinonun Manson qətllərindən bəhs edən bir film hazırladığı elan edildikdə, Sharon Tate rolu üçün Jennifer Lawrence ilə Margot Robbie arasında seçim ediləcəyi barədə şayiələr ortaya çıxmışdı. Bu müddətdə Sharon Tatein bacısı Debra Tate, Jennifer Lawrenceın rol üçün “kifayət qədər gözəl olmadığını” düşündüyünü açıq şəkildə dilə gətirmiş və seçiminin Margot Robbie olduğunu bildirmişdi.

Tarantinonun seçimi də Margot Robbie olmuş, məşhur aktrisa filmdə Leonardo DiCaprio, Brad Pitt, Margaret Qualley, Dakota Fanning və Austin Butler kimi ulduz adlarla birlikdə rol almışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 254

Oxşar yazılar