Sinem Kobal: "Səhər və axşam öpüşmək şərtdir"
29 yanvar 2025 10:13 (UTC +04:00)

Sinem Kobal: "Səhər və axşam öpüşmək şərtdir"

Türkiyənin tanınmış aktrisası Sinem Kobal özəl həyatı ilə bağlı bəzi məsələləri açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məşhur ulduz olan əri Kənan İmirzalıoğlu ilə xoşbəxt həyat yaşadıqlarını bildirib.

Aktrisanın sözələrinə görə, əri ilə ən azı səhər və axşam öpüşməyi bir ənənə, şərt halına gətiriblər: “Bu mütləqdir”.

Sinem onu da vurğulayıb ki, qızları onlara oxşayır: “Lalin mənə, Leyla atası Kənana oxşayır. Hər ikimizin qəlbini qırmayıblar. Biz çox şanslıyıq”.

Bundan başqa o deyib ki, bir az da öz üzərində çalışsa və elmi yiyələnsə, ulduz falı ilə bağlı redaktorluq belə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar