“Sevdiyim adamdan çox danışsam göz dəyər” - Mətanət Əsədova
02 aprel 2024 13:04 (UTC +04:00)

“Sevdiyim adamdan çox danışsam göz dəyər” - Mətanət Əsədova

“Məni kişi özünə ram edə bilməz. Yalnız özüm aşiq olsam ram olaram, quzuya dönərəm. İndi aşiqəm, ona görə də çox mülayiməm”.

 Bunu qalmaqallı fikirləri ilə tez-tez diqqətləri üzərinə çəkən müğənni Mətanət Əsədova deyib.

 Lent.az-ın xəbərinə görə, o qatıldığı proqramlardan birində sevdiyi kişi ilə birlikdə olduğunu söyləyib.

“Çox mədəni, alicənab adamdır. Amma inad tərəfi olanda üzünü görmə, aman-aman. O mənim kimi kaprizli, çətin adamla dil tapmağın yolunu bilir. Əslində kaprizli deyiləm, sadəcə hər şeyin ən gözəli olsun istəyirəm. Çünki başım çıxır. Xanımlıq desən məndə, evdarlıq desən ən əlasını bacarıram, təmizlik desən, xəstəlik səviyyəsində təmizkaram, insanlığım, zövqüm, yaraşığım da göz qabağında. Məni nə iləsə çaşdırmaq, təəccübləndirmək asan iş deyil. Əsas odur kişi əsl kişi olsun. Çoxlu yaxşı xüsusiyyətləri var. Bütün yaxşı cəhətlərini açıb deyə bilmərəm, göz dəyər ona”,- deyə Mətanət əlavə edib.

Həmin şəxslə rəsmi şəkildə evli olub-olmadığına dair suala isə müğənni qeyri-müəyyən cavab verib.

“Birlikdəyik. Münasibətlərimiz məni qane edir. Qalanı məndə qalsın. Elə ailə kimiyik” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4236
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar