Şeron Stoun Türkiyədə tətildə olarkən gözündən zərbə alıb.
Lent.az-ın xəbərinə görə, aktrisa sosial şəbəkə hesabında fotolarını paylaşıb. Onun gözlərindən birinin ətrafı yumruq zədəsi kimi qapqaradır.
Aktrisa "Bu gəzinti çətin oldu, amma mən daha güclüyəm" deyib. 66 yaşlı aktrisa başına nə gəlməi barədə ətraflı məlumat verməyib.
Stoun son bir neçə həftə ərzində Avropanı gəzərək Kann, Roma və Fransaya səfər edib.
O, "Instagram"da Türkiyədə qaldığı otelin içini də nümayiş etdirib.