"Sənə və sənin ailənə nifrət edirəm" - QALMAQAL DAHA DA ALOVLANDI
11 fevral 2022 09:17 (UTC +04:00)

"Sənə və sənin ailənə nifrət edirəm" - QALMAQAL DAHA DA ALOVLANDI

Müğənni Kərim Abbasov həmkarı Natavan Həbibi ilə qalmaqalda olan “SOY” prodakşının rəhbəri Oqtay Əliyev barədə qalmaqalllı fikirlər səsləndirib.

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bu sözləri yazıb: 

"Plintusdan aşağı nə deməkdir? Anlamadım... Bir Azərbaycan xanımına deyiləsi sözdür? Natavan kimi sənətçiyə yaraşan kəlmədir? Belə mügənniyə bele kəlmə? Evdə 10 nəfər Xalq artisti ola bilər Oqtay, amma ağız danışığı olmadısa, heç nə".

Natavanın söz deməsi bizim üçün "plintus"dan da aşağıdır" fikirlərini sərt tənqid edib:
"Sən özün bəyəm dediyin "plintus"dan belə yuxarısan? Yuxarı olsaydın, mənimlə olan məhkəməni uduzmazdın. Məhkəmə yolu ilə istədiyin 200 minlik şərəf-ləyaqət təzminatını heç 2 manatla da ölçmədi möhtərəm hakim. Əksinə, bütün məhkəmə və ekspertiza xərclərini də sənin özünə ödətdirdilər. İndi de görüm kim sənin dediyin "plintus"dan aşağıdır? Sən, yoxsa, bizim kimi sənətçilər? 20 ildən çox bizim kimi müğənnilərin sayəsində evinə pul aparan adam, indi bizə dil uzadırsan? Bizim kimi müğənnilərin sayəsində sən və ailən milyonlarla pul qazanmısan. Hələ indi də qazanırsan ("Pıçhapıç"dan tutmuş "Yeni ulduz"a kimi). Hazırladığın hansı bir veriliş müğənnisiz olub? Hamısı bizim üstümüzdə qurulub. Bugünki gündə sənətçilərin pul istəməsi sənə niyə təsir edib? Evinə bir 500 manat az aparsan sənə heç nə olmaz. Heç olmasa, sən sus, danışma. Axı ailənin hamısı bizim kimi sənətçilərin sayəsində evinə pul gətirir. İndi sən bizə dil uzadırsan? Sənə və sənin ailənə (Dilarə xaric olmaqla) nifrət edirəm. 20 ildən çox bizim kimi sənətçilərin üstündə qazandığın pullar, evlər, maşınlar haqqı haramın olsun. Ayıb olsun sənin düşünmə tərzinə!".
Qeyd edək ki, müğənni ilə prodüser arasında bir müddət əvvəl də qalmaqal yaşanmışdı. Buna səbəb isə O.Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli olmuşdu. Kərim aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilmişdi. İfaçı eyni zamanda E.Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı. O.Əliyev Kərimdən 200 min manat təzminat istəmişdi. Məhkəməni isə Kərim Abbasov qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8244
avatar

Yalçın UĞUR

Oxşar yazılar