Türkiyənin məşhur müğənnisi, aparıcı və eyni zamanda aktrisası Seda Sayan ölkəni tərk etmək qərarı alıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Seda Sayan və həyat yoldaşı Çağlar Öktenin Dubaya köçmək qərarı aldığı ortaya çıxıb. Bu səbəbdən Sarıyerdəki dəbdəbəli villasını satışa çıxaran Sayan qonşularına da məktub göndərib.
"Sevdiyimiz və hər qarışı üçün zəhmət çəkdiyimiz evi satırıq. İlk olaraq qonşularımızın buna haqqının olduğunu düşünərək sizə məlumat vermək istədik".