Müğənni Roza Zərgərlinin qızı Bənövşə Türkiyədə müğənniliyə başlayıb.
Lent.az xəbər verir ki, İstanbulda magistratura təhsili alan və yaşayan Bənövşə özünə yeni səhnə adı da seçib.
Türkiyədə ''Ben Ay'' adı ilə fəaliyyətə başlayacaq Bənövşə ilə bağlı "Hürriyet" qəzetində yazı dərc edilib. Bildirilib ki, "Ben Ay" Sezen Aksunun ifasında tanınan və sevilən ''Kaybolan yıllar' mahnısını oxuyub.