Hazırda həbsxanada olan məşhur meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə video sosial "TikTok" sosial şəbəkə hesabında "By ceka" adlı şəxs tərəfindən paylaşılıb.
Videoda bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb. O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib.
Xatırladaq ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.