Əməkdar artist Vasif Məhərrəmli heyvanlara olan münasibətindən danışıb.
Lent.az-ın məlumatına görə, müğənni "Günün sədası" verilişində deyib:
"Sevmədiyim heyvanlar var. Məsələn, ilan. Bütün sürünən heyvanları sevmirəm. Ondan iyrənirəm, görmək istəmirəm.
Görəndə halım dəyişir. Məsələn, günlərin bir günü məclisdə idik, rəqqasə Renka ora ilanla gəldi. O ilanla içəri girən kimi məclisi tərk etdim. Hər zaman deyirəm ki, ilanı görməkdənsə, məni şir parçalasın. Oyuncaq ilanı da görmək istəmirəm".