Rejissor xanımı teatrın direktorundan   boşanır
12 noyabr 2025 21:07 (UTC +04:00)

Rejissor xanımı teatrın direktorundan boşanır

0

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanır.

Lent.az xəbər verir ki, bu haqda S.Haqverdiyeva özü məlumat yayıb. O bildirib ki, artıq boşanmaq üçün məhkəməyə müraciət edib:

"Uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm. Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz".

Səidə əlavə edib ki, həyat yoldaşı buna narazı olub. Rejissor yaxın günlərdə ailəsinə təzyiq edənlərin adını açıqlayacağını da deyib:

"Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar