Bəstəkar-müğənni Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması barədə müzakirələr hələ də səngimir.
Belə müzakirələrdən biri də “MeyXəbər” proqramında aparılıb.
Lent.az-ın məlumatına görə, meyxanaçı Vüqar şeirlərini tənqid etdiyinə görə, Elza Seyidcahanın ondan küsülü olduğunu bildirib.
"Elzanın mənimlə də münasibəti yoxdur. İrad bildirdim ki, elə şeir yazma, yazsan da üzə çıxarma. Küsdü. Mənasız şeirlər yazır, adını da qoyur ki, fəlsəfəsi var. Camaat lağ edir. İyrənc formada parodiya olunur”, - meyxanaçı qeyd edib.
“Yazıb ki, qazanı açdım, kəfini yedim. Bu nə deməkdir?. Qusacaqsan, vallah”, - Vüqar gülüb.