Amerikalı aktyor Çarli Şinin qonşusu onu boğmağa çalışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aktyorun evində baş verib.
47 yaşlı qadın Çarlinin qapısını döyüb və aktyor qapını açan kimi ona hücum edərək döyməyə, daha sonra boğmağa başlayıb. Şin qadın evinə qayıtdıqdan sonra polisə müraciət edib. Hadisə yerinə təcili yardım da gəlib, lakin aktyor xəstəxanaya yerləşdirilməyib. Aktyor qonşunun niyə belə aqressiv davranması barədə heç bir fikri olmadığını söyləyib.
Çarli polisə açıqlamasında bildirib ki, bu yaxınlarda qonşusu onun maşınına naməlum yapışqan maye səpib və evinin qapısının önünə zibil qoyub. Silahlı hücum və quldurluqda ittiham olunan qadın həbs olunub.