“Belushi Speed Ball” rok qrupunun yeni sinqlı tamaşaçıları şoka salıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qrup yeni sinqlını plastik qutuya qoyulmuş pizza tikəsi şəklində buraxıb.
Qutunun üzərindəki balaca düyməni basmaqla musiqini dinləmək olur.
Bu qeyri-adi format musiqi aləmində təəccüblə qarşılanıb, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.