Əməkdar artist Elza Seyidcahan, müğənni Mətanət Əsədova
21 iyun 2021 09:37 (UTC +04:00)

Əməkdar artist Elza Seyidcahan, müğənni Mətanət Əsədova

Qalmaqallarına görə Tolikin verilişi bağlandı, indi isə... - "Onu at yerinə qoymuşam"

Əməkdar artist Elza Seyidcahan qalmaqalda olduğu müğənni Mətanət Əsədova barədə danışıb. Lent.az xəbər verir ki, bəstəkar-müğənni “ATV maqazin onlarla” verilişində Mətanət barədə bu sözləri deyib: 

“Azərbaycanın gözəl səsli müğənnisidir. Çoxlu mənfiləri var. Amma onları demərəm. Mən efirdə ona nəsə demişəmsə, tərifləmişəm. Tərifimi çeviriblər, deyiblər ki, bizə pis söz deyir. Halbu ki, onu qaldırıb qoymuşam at yerində. İçimdən tərifləmişəm. O sözdən sonra atdan yuxarıda da otura bilərdi. İnsan dalaşanda bir-birini tanıyır. Yaxşı ki, mən savaşdım, tanıdım. Onun səsi var, amma mahnıları, repertuarı yoxdur”.

Qeyd edək ki, M.Əsədova ilə E.Seyidcahan qalmaqalına görə prodüser Tolikin “Xəzər TV”-də aparıcılıq etdiyi “Hər şey daxil” verilişi bağlanmışdı. Mətanət efirdə olan zaman Elza efirə zəng etmiş və aralarında qalmaqal yaşanmışdı. Qalmaqal həmin verilişin bağlanmasına səbəb olmuşdu. 
 

# 17175
avatar

Yalçın UĞUR

Oxşar yazılar