Xalq artisti Röya Ayxan "20 min verib onu ad günümə gətirərəm" deyən müğənni Şəbnəm Tovuzluya cavab verib.
İfaçı bu haqda "Həmin Zaur" proqramında danışıb. Röya aparıcı Zaur Kamalın "Bir nəfər deyir ki, 20 min verib onu ad günümə gətirərəm" sözlərinə velə cavab verib:
"Bəzi məclislər olub ki, o pulu iki dəfəyə vur, getməmişəm. Amma bəzi məclislər var ki, ora pulsuz getmişəm. Əgər bu xanım sənət aləmindəndirsə və onu tanıyıramsa, pulsuz gedərəm. Ad günü elə bir şeydir ki, gərək insanların arzusu yerinə yetsin. Bəzi yerlərdə sənət dostlarım pul da verib, brilyant üzük də taxıblar yaxınlarının toyuna getmişən. Hər şeyi nə pula, nə başqa şeyə bağlayaq. Pulsuz yerə söz verdiyim üçün gedərəm, nəinki pul verilən yerə".
Qeyd edək ki, Şəbnəm Röya haqda "Hamısına hörmət edirəm. Xahiş etsəm gələrlər. Sənət dostu kimi başqa yolu da var. Münasib qiymət var. Belə şeyə əlimi qısan deyiləm. İstəsəm, Röya xanıma 20 min verərəm ad günümə gələr. Onu çox sevirəm" sözlərini söyləyib./ Axşam.az