Albaniya təmsilçisi Drita Ziri "Miss Earth" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Lent.az-ın məlumatına görə, tədbir müsabiqənin YouTube kanalında yayımlanıb.
Müsabiqədə ümumilikdə dörd kateqoriya - Yer, Hava, Od və Su elementləri üzrə qaliblər müəyyən edilib. Ən şərəfli titul Zirinin aldığı Miss Earth-dür.
Miss Air Filippin təmisilçisi İlyana Aduana, Miss Water Vyetnam nümayəndəsi Do Thi Lan Anh və Miss Fire Tailanddan Cora Blialult tanınıb.