Özlərindən yaşca böyük qadınlarla sevgili olan  MƏŞHURLAR
19 yanvar 2023 18:25 (UTC +04:00)

Özlərindən yaşca böyük qadınlarla sevgili olan MƏŞHURLAR

Şou-biznes dünyasında məşhur aktyor və müğənnilərin özlərindən yaşca böyük qadınlarla eşq yaşadığı xəbərləri az deyil. Kimisi mətbuatdan gizli münasibətini davam etdirir, kimisi isə ayrılaraq dedi-qodulara son qoymağa üstünlük verir.

Lent.az özündən yaşca böyük qadınlarla eşq yaşamış məşhurları təqdim edir.

28 yaşlı müğənni Harri Staylz və 38 yaşlı Olivia Uilde cütlüyü 2021-ci ildə film setində tanış olublar. Onların bu münasibəti uzunömürlü olmayıb və cütlük bir neçə ay öncə ayrılıb.

"Game of Thrones" və "Aquaman" kimi ekran işlərindəki yaratdığı obrazlarla tanınan 43 yaşlı Jason Momoa və 55 yaşlı aktrisa Lisa Bonet 2005-ci ildən bəri münasibətdə idilər. Onların iki övladı var. Ancaq xoşbəxt görünən cütlük ötən il ayrılaraq heyranlarını şoka salıb. 

32 yaşlı ingiltərəli aktyor Aaron Taylor-Conson və 55 yaşlı rejissor Sam Taylor-Conson 2009-cu ildə film setində tanış olublar. 2012-ci ildə evlənən cütlüyün bu nikahdan iki övladı var. 

42 yaşlı porno ulduz Kim Kardaşyan 29 yaşlı Pete Davidson ilə 2021-ci ildə eşq yaşayıb. Ancaq ötən ilin avqust ayında cütlük xoşbəxtliklərini davam etdirə bilməyib ayrıldıqlarını açıqlamışdılar.

60 yaşlı Hollivud ulduzu Demir Moore 44 yaşlı Ashton Kutçer ilə 2003-cü ildə eşq yaşamağa başlayıb. Aralarındakı 15 yaş fərq olması bu cütlüyə mane olmamış, iki ildən sonra onlar nikah masasına əyləşmişdi. Fəqət Ashtonun xanımına xəyanət etdiyi ortaya çıxıb və cütlük 2013-cü ildə boşanmağa qərar verib. 

76 yaşlı məşhur amerikalı müğənni Cher 36 yaşlı prodüser Alexander 'AE' Edvards ilə eşq yaşayır. "Eşq riyaziyyatdan anlamaz" deyən müğənni onunla evlənmək niyyətindədir. Hətta o, nişan üzüyünün şəklini sosial mediada paylaşmışdı.

53 yaşlı aktyor Hugh Jackman özündən 13 yaş böyük rejissor Deborra-Lee Furness ilə 1996-cı ildə evlənmişdi. İki uşağı övladlığa götürən cütlük bu il evliliklərinin 27-ci ilini qutlayacaqlar. 

24 yaşlı məşhur müğənni Shavn Mendes 51 yaşlı həkim sevgilisi Jocelyne Miranda ilə görünüb. Onlar dəfələrlə kameralara tuş gəlsələr də, eşq yaşayıb-yaşamadıqları barədə iddialara cavab verməyiblər.

# 3849
avatar

Nigar Namiq

Oxşar yazılar

Britni Spirs çimərlikdə foto paylaşdı

Britni Spirs çimərlikdə foto paylaşdı

24 may 2024 , 03:20
Məşhur aktrisa 60 kilo ARIQLADI

Məşhur aktrisa 60 kilo ARIQLADI

23 may 2024 , 20:37
 "Sənin köməyinə ehtiyacım var"  : Cennifer Lopez

"Sənin köməyinə ehtiyacım var" : Cennifer Lopez

23 may 2024 , 18:45
Məşhur aktyora  1 milyonluq   TƏKLİF: Şam yeməyi üçün

Məşhur aktyora 1 milyonluq TƏKLİF: Şam yeməyi üçün

23 may 2024 , 17:17
Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını  PAYLAŞDI

Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını PAYLAŞDI

23 may 2024 , 12:20
Məşhur model çimərlik geyimində -  FOTO

Məşhur model çimərlik geyimində - FOTO

22 may 2024 , 21:53
 "Yalan biabırçılıq"   - Puqaçova yeni mahnısına klip çəkdirdi

"Yalan biabırçılıq" - Puqaçova yeni mahnısına klip çəkdirdi

22 may 2024 , 19:25
Məşhur aktyor jurnalisti  DÖYDÜ

Məşhur aktyor jurnalisti DÖYDÜ

22 may 2024 , 15:49