Şairə və tamada Nazilə Səfərli maraqlı paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, Nazilə social şəbəkə hesabında toylara çox gedən müğənnilərdən yazıb:
"Toylarda çox görünən müğənnilərə paxıllıq etməyin. Necə ki, axsaq ritmli zövqsüz mahnıların müğənnilərini kübar təbəqə dəvət etmir, eləcə də keyfiyyətli musiqini təbliğ edənləri zövqsüz insanlar anlaya bilməz. Hər müğənni toy sahibinə yaraşan toydadır".