Öldüyü bildirilən  məşhur aktrisa axır ki, üzə çıxdı
09 fevral 2024 12:24 (UTC +04:00)

Öldüyü bildirilən məşhur aktrisa axır ki, üzə çıxdı

“Selana” adlı serial illərdir ekranlardan düşmür və həm uşaqlar, həm də yaşlı nəsil tərəfindən sevilərək izlənilir.

Serialıda çəkilmiş Selin, Leyla və Nazlı adlı 3 bacıdan böyüyü Selin obrazını canlandıran Cansu Demirçi digər aktyorlardan fərqli olaraq sosial mediadan uzaq dururdu və onun haqqında ölməsinə dair çoxlu xəbərlər yayılmışdı.

Lent.az-ın  xəbərinə görə, hazırda 31 yaşında olan Cansu Demirçi  Almaniyada ali təhsil aldıqdan sonra orda qalmağa qərar verib. Sosial mediadan  uzaq durur və gözə görünməyi sevmir. Bununla belə filmdə onunla birgə rol almış “bacıları” ilə zəngləşir, Türkiyəyə yolu düşəndə görüşür. Uzun fasilədən sonra onun rəfiqəsi, Nazlı rolunun ifaçısı Dilara Kurtulmuş Cansunun fotosunu paylaşıb.

 Qeyd edək ki, Leyla rolunun ifaçısı Gizem Güven aktrisa kimi filmlərdə rol alır.  Nazlı rolunu canlandıran Dilara isə blogerdir.

Cansu Demirçi

Dilara Kurtulmuş

Gizem Güven

# 5304
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar