Ödündən əməliyyat olunan aktyor Elcan Rəsulov artıq evə buraxılıb.
Lent.az bildirir ki, bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat verib.
O, müalicə aldığı xəstəxananın qarşısında şəkil çəkdirərərk, “Hər zaman ayaq üstə durmaq lazımdır” şərhini yazıb.
Qeyd edək ki, Elcan Rəsulovun vəziyyəti iyulun 24-də televiziyada aparıcısı olduğu verilişdən sonra pisləşmişdi. Bu barədə o özü belə bir paylaşım da etmişdi.
"Həkim əməliyyatın təcili olduğunu dedi və gecə 00:00-da əməliyyat olundum. Hamıda yarım saat davam edən öd əməliyyatı məndə 3 saat yarım çəkdi və şükür Allaha, ölmədim.
Əməliyyat zamanı məlum oldu ki, öd kisəm 2 yerdən deşilib və infeksiya bədənə keçməyə başlayıb. Şükür Allaha. Allah məni ailəmin, dostlarımın göz yaşlarına, dualarına bağışladı. Bu çətin günlərdə əziyyət çəkən hər kəsə çox təşəkkür edirəm. İnşallah sağalım, çalışacam heç kimin yaxşılığını cavabsız qoymayım".