Xalq artisti Zülfiyyə Xanbabayeva
01 iyun 2021 09:37 (UTC +04:00)

Xalq artisti Zülfiyyə Xanbabayeva

"O səhvlər bağışlanmır" - Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədən istifadəsindən yazıb. Lent.az xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində yazıb:
"Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma artıq işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım. 15-20 il öncə tamaşaçılar bizi yalnız televiziyalarda görürdülər, şərhlərin yazılmasına tribuna yox idi.
Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm.

Bu yazdıqlarımı təkcə özüm üçün yox, özümü başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz - müğənnilərin həyatı şəkillərdə görməyə alışdığınız kimi, hər zaman gözqamaşdıran və parlaq olmur. Bizim də problemlərimiz, “Nə edim? Necə edim?” düşünürək çarəsiz qaldığımız zamanlar olur. Amma biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu bizim işimizdir! Ən xoşbəxt və ya ən kədərli anlarınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir. Əlbəttə, səhvlərimiz də olur, heyif ki, göz qabağında olduğumuzdan o səhvlər bağışlanmır. Sizin dəstəyinizi ummağımız məncə çox təbiidir. Yazdıqlarım mənim İnstaqram dostlarıma aid deyil, əsla! Hamı sizin qədər sevgi paylaşmır. Sadəcə sosial şəbəkələrdəki ab-havanı müşahidə edib dərdləşdim sizinlə. Ürəyimdən gəldi".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3391

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53