Müğənni Cavad Rəcəbov hərbi xidmətə yararsız olması barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Onun sirri” verilişində əsgərliyə gedə bilməməsinin səbəbini açıqlayıb:
“Məndə qüsur olduğuna görə yararsız oldum. Məni Lənkərandan Biləcəriyə göndərdilər, amma xidmətə layiq olmadım. Mən 5 yaşımda qızılca çıxartdım, möhkəm xəstələdim, sətəlcəm oldum. O qədər iynə-dərman vurdular ki, məndə pəltəklik yarandı. 11-ci sinfi qurtarana qədər normal danışa bilmirdim. Ona görə də əsgərliyə gedə bilmədim”.