Türkiyəli aktrisa həbs edilib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, məhkəmə polisə müqavimətdə təqsirləndirilən aktrisa Ayşegül Çınar barəsində 6 ay 22 gün müddətinə həbs qərarı verib. Həmçinin onun sevgilisi Furkan Çalıkoğlu da 8 il 7 ay müdətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cütlük İstanbulun Karaköy adlanan ərazisində bir oteldə asayişi kobud surətdə pozublar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşarkən tərəflər arasında münaqişə yaranıb.