108 yaşlı qadın hər gün yeməkdən əvvəl  içdiyi alkoqollu içkini açıqladı
04 iyul 2025 15:56 (UTC +04:00)

108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı

108 yaşlı qadın uzun ömrünün sirlərini açıqlayıb. O, xüsusilə hər gün yeməkdən əvvəl içdiyi içki barədə danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Esperansa Kortinyas adlı qadın dünyada 100 yaşını keçən 0.01 faizdən az insanın sırasına daxildir. Onun həyat tərzi isə hələ də olduqca fəaldır: Esperansa rəqs edir, avtobusla şəhərə gedir və sosial həyatda aktiv iştirak edir.

Kimdir Esperansa Kortinyas?

Esperansa hazırda 76 yaşlı qızı Mari Karmen ilə birlikdə İspaniyanın şimalında, Orense şəhərində yaşayır. Müsahibəsində uzun ömür yaşamağın əsas sirrini belə izah edib:

“İşləmək, aktiv qalmaq, yaxşı qidalanmaq, şən və pozitiv olmaq əsas budur”.

Qadın bildirir ki, uşaqlıqdan inəklərə qulluq etməsi ona güclü bədən və sağlamlıq qazandırıb. O, sağlam qidalanmanı sevdiyini və xüsusilə meyvə-tərəvəzə üstünlük verdiyini vurğulasa da, “hər şeyi yeyə bilərəm” deyərək qadağasız qidalandığını əlavə edib.

Gizli “şot” və gündəlik ritualları

Esperansanın gündəlik menyusundan heç vaxt əskik olmayan bir içki var: bu, "licor café" – yəni Galisiya bölgəsinə xas olan qəhvə likörüdür.

Qadın adətən saat 11:00-da oyanır, və yeməkdən əvvəl öz "şot"unu içir. Qızı Mari yeməyi hazırlayır və adətən saat 13:00-da birlikdə nahar edirlər. Qidalanmada əsasən yerli məhsullara üstünlük verirlər.

Nahar və istirahətdən sonra Esperansa heç vaxt yatmır, əvəzində avtobusa minib şəhər mərkəzinə gedir. Orada o, pensiya evinə baş çəkir və rəfiqələri ilə kart oyunları oynayır.

“Çoxlu dostum var və vaxtımızı çox gözəl keçiririk”, – Esperansa deyir.

O, bazar ertəsindən şənbəyə qədər gündüzlər kart oynayır, bazar günü isə rəqs edir. Esperansa qeyd edir ki, həyatında çox rəqs edib və bu fəaliyyət ona həmişə xoşbəxtlik bəxş edib.

Sosial əlaqələr və aktiv həyat tərzi – uzunömürlülüyün əsas sirri

Esperansa vurğulayır ki, ailəsi və dostları ilə daimi ünsiyyətdə olmaq onun uzun yaşamasına böyük təsir göstərib. Onun qızı Mari isə anası ilə hər gün birlikdə olmağın sevincindən danışır və bildirir ki, “sanki məşhur biri kimi, insanlar onu küçədə tez-tez tanıyıb yaxınlaşırlar”.

Esperansa uzaq səfərlərdən də qorxmur – bir neçə həftə əvvəl Alicantəyə qatarla 5 saatlıq səyahət edib ki, orada yaşayan digər qızını ziyarət etsin. O, həmçinin gözəl görünüşə də böyük önəm verir: müxtəlif rəngdə paltarları var, saçlarını həmişə darayır və dodaq boyası çəkir.

108-летняя женщина назвала алкоголь, который употребляет каждый день перед едой: и это не вино

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar