Trendyol Super Liqasının 2025-26 mövsümünün püşkatması keçirilir.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” da daxil olmaqla ümumilikdə 18 komandanın mübarizə aparacağı liqada derbi tarixləri də açıqlanıb.
5-ci həftə
"Fənərbaxça" - "Trabzonspor"
8-ci həftə
"Qalatasaray" – "Beşiktaş"
11-ci həftə
"Beşiktaş" - "Fənərbaxça"
11-ci həftə
"Qalatasaray" - "Trabzonspor"
14-cü həftə
"Fənərbaxça" - "Qalatasaray"
16-cı həftə
"Trabzonspor" - "Beşiktaş"
Türkiyə Futbol Federasiyasının (TFF) açıqladığı rəsmi təqvimə əsasən, Trendyol Super Liqasının 2025-2026 mövsümü avqustun 8, 9, 10 və 11-də oynanılacaq ilk həftə matçları ilə başlayacaq. Mövsümün ilk yarısı dekabrın 19-20-21-22-də oynanılacaq 17-ci həftənin oyunlarından sonra başa çatacaq.
Mövsümün ikinci yarısı 2026-cı il yanvarın 3, 4, 5 və 6-da başlayacaq, liqa isə 2026-cı il mayın 17-də başa çatacaq.