Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
04 iyul 2025 17:26 (UTC +04:00)

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanda ən az əməkhaqqı alanlarla bağlı zaman-zaman fikirlər səsləndirilir. Bir çox peşə sahibləri də, onların ən  az maaş aldığı qənaətindədir. Bu fikirlər isə müzakirələrə səbəb olur. 

Bəs görəsən, bu gün dövlət büdcəsindən ən az maaş alanlar kimlərdir? Polisləri, müəllimləri, həkimləri bu siyahıya əlavə etmək olarmı? 

İqtisadçı ekspert Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, polisləri heç vaxt az maaş alanlar kimi adlandırmaq doğru deyil:

“Dövlət büdcəsindən işçilərə ən az ayrılan maaş məbləği 400 manatdır. Vahid tarif cədvəlinə əsasən 19 dərəcə var. Bu cədvələ uyğun olaraq əməkhaqqı alanların birinci dərəcəsində büdcədən ən az maaş alan ixtisas sahibləri daxildir. Bu şəxslərə isə bir çox qurumlarda rast gəlmək olur. Lakin onu da qeyd etmək lazımdır ki, 400 manat maaş alanların böyük əksəriyyəti ali təhsili olmayan şəxslərdir. Yəni, həkim, müəllim, polis kimi peşə sahibləri bu kateqoriyaya daxil deyil. 

Ümumi sektor üzrə nəzər saldıqda, kənd təsərrüfatı və əhaliyə sosial xidmət göstərən istiqamətlərdə əməkhaqqları çox aşağıdır. Düzdür, vəzifələr üzrə onların içərisində də yüksək maaş alanlar var, amma ümumilikdə rəqəmlər aşağıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar