“Real” ulduzlarından birinin gedişinə  hazırdır
04 iyul 2025 14:01 (UTC +04:00)

“Real” ulduzlarından birinin gedişinə hazırdır

"Real" Rodriqo ilə yollarını ayırmağa hazırdır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd olunur ki, braziliyalı hücumçu ötən mövsüm məhdud oyun müddətindən narazı olub, atası və agenti dəfələrlə mətbuatda səs-küylü açıqlamalar verib.

Klub rəhbərliyi baş məşqçi Xabi Alonso ilə birlikdə vəziyyəti müzakirə edib və futbolçunun getmək istəyəcəyi təqdirdə onu saxlamamaq qərarına gəlib.

“Arsenal” artıq Rodriqonun ətrafı ilə danışıqlara başlayıb – “topçular” onu uzun müddətdir izləyirlər və transferdə maraqlıdırlar.

Bildiyiniz kimi, 2024/25 mövsümündə Rodriqo 30 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar