1984-cü ildə Hamburqda dünyanın ən ən uğurlu qruplarından biri olan “Modern Talking” quruldu. Bu vokalist Tomas Anders və prodüser və bəstəkar Dieter Bohlendən ibarət duet idi.
Lent.az-ın xəbərinə görə, qısa vaxtda “Modern Talking” pop musiqi tarixinin ən uğurlu qruplarından birinə çevrildi. Qrupun səsyazıları bütün dünyada 200 milyon nüsxədən çox satılıb.
“Modern Talking” üzvləri mahnıları dillər əzbərinə çevrilən super ulduz oldular. Buna qədər vokalçı Tomas Anders artıq solo sənətçi kimi musiqini sınamışdı, lakin bir irəliləyiş əldə etməmişdi. 1982-ci ildə qrup yarananda onun 19 yaşı var idi.
İndi Tomasın artıq 61 yaşı var və o, əla görünsə də, siması çox dəyişib. Bu ilin noyabrında o, Münhendə keçirilən mərasimdə iştirak edib. Sosial şəbəkələrdə Tomasın 42 il ərzində çox dəyişərək başqa bir insana çevrildiyini yazıblar.
Qeyd edək ki, illər öncə Tomasla duet ortağı Bohlenin sevgili olduğu bildirilmişdi.