Dünya şöhrətli müğənni Teylor Svifti Nyu-Yorkdakı evinin yaxınlığında gizli izləyən şəxs həbs edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ABŞ-ın Sietl şəhərində yaşayan 33 yaşlı Devid Krou Nyu- Yorkdakı evinin ətrafında Teylor Svifti gizli izləməkdə ittiham edilərək saxlanılıb.
Nyu-York Polis Departamentindən bildirilib ki, Krou iki təqib və təzavüzdə ittiham olunub. İddiaya görə, Krou Sviftin evinə girməyə çalışıb. Bu zaman Sviftin evdə olmadığı qeyd edilir.
Sviftin Nyu-York, Kaliforniya və Rod-Aylenddəki evlərini hədəf alan kişilərdən şikayətləndiyi bildirilir. 2022-ci ildə bir adam sərxoş halda “Qremmi” mükafatlı müğənninin Nyu-Yorkdakı iqamətgahına maşın sürdüyü və içəri girməyə çalışdığı üçün həbs olunub.
Roger Alvarado adlı şəxs daha əvvəl Sviftin çarpayısında yatarkən tapılmışdı və ona 6 ay həbs cəzası verilmişdi.