Braziliyalı müğənni Pedro Henrike səhnədə çıxışı zamanı vəfat edib.
Lent.az-ın xəbərinə görə, Henrike mahnısını səsləndirərkən qəfl huşunu itirib və yerə yıxılıb. “Mən yoruldum” adlı mahnını ifa edərkən yerə yıxılan 30 yaşlı ifaçının qəfil ölməsinə səbəb infarkt keçirməsi olub.
Müğənni xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü təsdiqləyiblər.