Məşhur müğənni HƏBS  oluna bilər
25 fevral 2022 16:20 (UTC +04:00)

Məşhur müğənni HƏBS oluna bilər

Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi bitmək bilmir.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Mustafa məhkəməyə müraciət edərək aylıq ödədiyi 15 min lirəlik təzminatın ləğvini və Eminanın Çubukludakı evdən gələn kirayəni almaq haqqından məhrum edilməsini istəyib.

Emina da öz növbəsində keçmiş həyat yoldaşından şikayətçi olaraq onun 1 milyon 105 min 863 lirə təzminat borcu olduğunu iddia edib. Onun vəkili Altın Mimir mövzu ilə bağlı açıqlamasında Mustafanın pulu ödəməyəcəyi təqdirdə məhkəmənin həbs qərarı qəbul edəcəyini bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4179
avatar

Yalçın UĞUR

Oxşar yazılar