Məşhur müğənni günlərini gözəlləşdirən ən şirin şey”dən  DANIŞDI
20 may 2026 10:14 (UTC +04:00)

Məşhur müğənni günlərini gözəlləşdirən ən şirin şey”dən DANIŞDI

0

Məşhur müğənni Yusuf Güney rəqəmsal platformalardan birində yayımlanan proqramda “Ayahuasca çayı” ilə bağlı təşviqedici ifadələr işlətməkdə ittiham olunduğu üçün apreldə saxlanılmışdı. Məhkəməyə çıxarılan Güney barəsində həbs qərarı verilmişdi. Daha sonra isə o, sərbəst buraxılıb.

Lent.az istinadən xəbər verir ki, ev dustaqlığına məhkum edilən müğənni evdə birlikdə vaxt keçirdiyi pişiyi ilə fotosunu paylaşıb.Müğənni bildirib ki, bu müddətdə pişiyi ona çox yaxşı təsir edib:

“Balaca bədəninə bu qədər sevgini necə sığdırırsan bilmirəm, amma sən mənim günlərimi gözəlləşdirən ən şirin şeysən. Nə vaxt kefim pozulsa, bir baxışın belə içimi isitmək üçün kifayət edir. Yaxşı ki, mənimləsən”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar