Türkiyəli aktyor Ahmed Kural əməliyyat olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beş saat davam edən əməliyyat osteoid osteoma sümük şişi ilə bağlı olub.
Osteoid osteomeoma kişilərdə qadınlara nisbətən 2-3 dəfə daha çox rast gəlinən sümük şişidir.
Əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğu deyilən Kuralı palataya çıxarılıb. Onun belindən çıxarılan şişin xoşxassəli, yoxsa bədxassəli olması yaxın günlərdə müəyyənləşəcək.