Marmarisə tətilə gedən Hande Erçel və Kaan Yıldırım cütlüyünün görüntüləri sosial şəbəkədə yayılan kimi onların ayrıldığı iddia edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Kaan Yıldırımın Hande Erçeli ailə dostu Tuğçe Açıkgözlə aldatdığı iddiası gündəmə gəlib.
Yıldırımın Tuğçe Açıkgözlə paylaşımı xəyanət iddialarını daha da gücləndirib. Xəyanət iddiaları ilə bağlı cütlük heç bir açıqlama verilməyib.