Türkiyəli kinoaktrisa Selda Alkor maraqlı açıqlama verib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktrisa qatıldığı teleproqramlardan birində “Yeşil çam”ın “Dörd yarpaqlı yoncası” adlandırılan Fatma Girik, Türkan Şoray, Filiz Akın və Hülya Koçyigit haqqında danışan aktrisa etirazını onların ən istedadlı aktrisalar olması fikrinə bildirib.
“Türk kinosunda zəhməti keçən çox aktyor və aktrisalar var. Hamısını bu baş rol oyunçuların kölgəsi altında gizlədiblər. Onlar sevgililərinin hesabına məşhur olmuşdular. Bütün baş rolları onlara verirdilər. Yoxsa sadə aktrisalıqdan o zirvələrə çıxmaq olmazdı”,- deyə Alkor bildirib.