Çəkildiyi film və seriallarda istedadlı aktyor oyunu ilə yanaşı, gözəlliyi ilə də göz qamaşdıran Hilal Altınbilek televiziya proqramlarından birində izləyicilərin onun estetik əməliyyatlar nəticəsində çox dəyişməsi barədə sualları cavablandırıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktrisa özünün yenidən yaratdığını desə də, bunun estetik əməliyyatlarla əlaqəli olmadığını, öz üzərində çox çalışdığını bildirib.
“Sadəcə burnumda və dişlərimdə köklü dəyişikliklər olunub. Kilo atmışam. 10 il öncəki şəklimlə fərqli görünməyim anlaşılandır. Özümü başdan yaratdım. Amma bu sırf sənətimlə bağlıdır”,- o qeyd edib.