Məşhur kinoaktrisa Berrak Tüzünatac imicini dəyişdikdən sonra tanınmaz hala düşüb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial media hesabını aktiv istifadə edən aktrisa paylaşdığı cəsur pozaları ilə tez-tez müzakirələrə səbəb olur.
37 yaşlı aktrisa səhifəsində maraqlı açıqlamalar verib. O əvvəllər rəqqasə olmaq istədiyini, çox xəyalpərəst olduğunu, azadlığı sevdiyini və tək yaşadığını bildirib.
“Həyatımda biri olsa yox demərəm. Amma kimisə axtarmıram. Bu aralar təkliyimdən ləzzət alıram və çox xoşbəxtəm” deyə o bildirib.
Estetik əməliyyatlarla üzündə müəyyən dəyişikliklər etdirmiş və saç rəngini dəyişmiş aktrisa çox dəyişib. İzləyicilər onun tanınmaz hala düşdüyünü qeyd ediblər.