Türkiyənin məşhur aktrisası Hayal Köseoğlu 5 ayda 36 kilo arıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, illər sonra diqqətçəkən etiraflar edən aktrisa yaşadığı çətin prosesdən danışıb. Qisas üçün 5 ayda 36 kilo arıqladığını etiraf edib.
Köseoğlu: "Orta məktəbdə bir oğlana aşiq oldum. Kök olduğum üçün məni lağa qoydu. Ondan intiqam almaq üçün 5 ayda 36 kilo arıqladım”.
Arıqladıqdan sonra sevgili olduq, bir həftə sonra onu qəsdən tərk etdim.