Türkiyəli məşhur aktrisa Hazar Ergüçlünün yeni sevgilisi hər kəsi təəccübləndirib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa DJ Artz kimi tanınan Efe Çeliklə eşq yaşamağa başlayıb. Hazar Ergüçlü instaqram hesabında ürək emojisi və "Dekabr" sözü ilə fotolarını paylaşıb.
Xatırladaq ki, Hazar Ergüçlü qısa müddət əvvəl "Jakuzi" qrupunun solisti Kutay Soyocakla eşq yaşamağa başlayıb. Lakin cütlüyün münasibəti uzun sürməyib.
Lent.az həmin görüntüləri təqdim edir: