Məşhur aktrisa GECƏ KLUBU AÇIR:  İzləyiciləri...
09 noyabr 2023 11:16 (UTC +04:00)

Məşhur aktrisa GECƏ KLUBU AÇIR: İzləyiciləri...

Məşhur türkiyəli aktrisa Demet Özdemir qazandığı pulla əyləncə həyatına qədəm qoyur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Özdemir üç ortağı ilə gecə klubu açıb idarə edəcək.

Qazandığı pulları biznesə çevirən aktrisa dostu Anıl Çelik, ortaqları Atilla Bingöl və Feyzan Cihan ilə Maslakda 300 kvadratmetrlik yer açmağa hazırlaşır.

Bu məkan qeyri-adi gecə klubu, daha dəqiq desək, musiqi zalı kimi xidmət edəcək. Dünyaca məşhur ulduzları İstanbula gətirərək gecə əyləncələrinə fərqli nəfəs qatacaq bu layihə üçün Demet Özdemir və tərəfdaşları həyəcanla çalışırlar.

Gözəl aktrisanın biznes sahibi kimi yeni karyerasına qədəm qoyması pərəstişkarlarının marağına səbəb olub. Əyləncə dünyasındakı bu yeni macəra Demet Özdemirin karyerasında növbəti böyük addım ola bilər.

Qeyd edək ki, Demet Özdemir həm də "Adım Farah" serialında rol oynayır.

Feyzan Cihan - Atilla Bingöl

Anıl Çelik

# 4788
avatar

Fidan İlqar

Oxşar yazılar