Acqarına saqqız çeynəmək  olarmı?
04 iyul 2025 17:56 (UTC +04:00)

Acqarına saqqız çeynəmək olarmı?

Heç düşünmüsünüzmü, acqarına saqqız çeynəyəndə mədənizdə nə baş verir?

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, zərərsiz görünən bir vərdiş olsa da, həqiqətdə həzm sisteminiz üçün təhlükə yarada bilərmi?

Acqarına saqqız çeynəsək nə baş verir?

Mütəxəssislərin fikri qəti və bəzilərimiz üçün gözlənilməzdir:
Acqarına saqqız çeynəmək – yaxşı fikir deyil. Bəzi insanlar üçün bu, hətta ziyanlı ola bilər. Çeynəmə prosesi zamanı bədənimiz qida qəbuluna hazırlaşdığını düşünür.

Bu, bir sıra bioloji reaksiyaları işə salır:

Ağızda tüpürcək ifrazı artır, tərkibindəki fermentlərlə birlikdə ilkin həzmə başlayır;

Beyin mədəyə siqnal göndərir ki, “yemək gəlir” və mədə turşusu (xüsusilə duz turşusu) ifraz olunmağa başlayır.

Bu, normalda qidanı həzm etmək üçün lazımdır. Amma əgər mədə boşdursa, bu proses mədə üçün təhlükə yaradır.

Ekspert fikri – qida mütəxəssisi Nataliya Kondratyukun açıqlaması:

“Əgər mədə saqqız çeynəməyə cavab olaraq turşu ifraz edirsə, amma mədəyə qida daxil olmursa, bu turşu mədənin öz divarlarını zədələməyə başlayır,” – o izah edir.

Bu vəziyyət selikli qişanın qıcıqlanmasına, gastritə, mədə və onikibarmaq bağırsaq xoralarına gətirib çıxara bilər.

Xüsusilə bu xəstəliklərə meyilli insanlar üçün bu vərdiş tövsiyə olunmur.

Bundan əlavə

Turşuluğun artması mövcud həzm problemlərini ağırlaşdıra bilər

Yanma hissi (qıcqırma), reflüks (turşunun qida borusuna qalxması) kimi əlamətlər ortaya çıxa bilər

Mədənin ritmləri pozula, həqiqi qidaya reaksiya qabiliyyəti zəifləyə bilər

Uzunmüddətli nəticədə bu, xroniki həzm pozğunluqlarına səbəb ola bilər

Dişlər üçün saqqız – faydalı, amma şərtlə

Stomatoloq Roman Nixodovski bildirir ki, saqqız dişləri təmizləməyə kömək edə bilər, amma yalnız yeməkdən sonra və 10 dəqiqədən artıq olmayaraq istifadə olunmalıdır.

“Yemək zamanı dişlərin bəzi yerləri yaxşı təmizlənmir. Bu zaman çeynənən saqqız diş lövhəsini özünə yığır və dişləri təmizləyir".

Yekun tövsiyələr

Açqarına saqqız çeynəməkdən çəkinin – bu mədənizə zərər verə bilər

Yeməkdən sonra 5–10 dəqiqəlik saqqız – diş sağlamlığı üçün uyğundur

Mədə problemi olanlar, xüsusilə gastrit və reflüksdən əziyyət çəkənlər – saqqızdan ehtiyatla istifadə etməlidirlər

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar