Məleykə həyatından danışıb efirdə  AĞLADI  - VİDEO
16 noyabr 2021 11:17 (UTC +04:00)

Məleykə həyatından danışıb efirdə AĞLADI - VİDEO

Xalq artisti Məleykə Əsədova şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa “Söz baz” verilişində taleyindən danışan zaman ağlayıb: 

“Bu günlərdə bir az həssasam. Hər zaman deyirdim ki, hər şey sənətimə qurban olsun. Mən nələri qurban verdim. Amma bu gün mən hüzur axtarıram. Məndən danışmasınlar, məni unutsunlar. Sənətim barədə ikinci adam söz deyə bilməz.

Səhnəmə, obrazlarıma toxunanda mənə pis təsir edir. Həyatımı səhnəmə qurban verdim. İllər öncə sənətimi atsaydım, imkanlı bir şəxslə ailə qurardım. Qızımı da bu gün çətinliklə yox, asanlıqla böyüdərdim. Həyatımı qurban verdim. 

Mənimlə ailə qurmaq istəyən xaricdə yaşayan azərbaycanlı idi. Ailə qurub başqa ölkəyə gedəcəkdim. Amma sevgimdən imtina etdim, başqası ilə ailə qurdum. Ayrıldım, peşman deyiləm. Çünki qızım oldu. Mən vətənimə bağlı insanam.

Görmüsüz ki, kiməsə söz atım? Heç vaxt ola bilməz. Mən sevdiyim insanla ailə qura bilərdim, amma sənətimi seçdiyimə görə olmadı. Sevdiyim insanı səhnəmə qurban verdim. Bilsəydim belə şeylər var, sənətimi qoyub ailə qurardım. Bu gün tək qadın olaraq övladımı böyüdürəm. Qızım üçün ata, anayam. Atasının dəstəyi olmadan onu böyütmüşəm. Allah mənə güc versin, onu böyüdüm. İnsanlardan çox çəkinirəm. Ona görə də evimdə heyvanlar saxlayıram”. 
 

# 6207
avatar

Yalçın UĞUR

Oxşar yazılar