Mehmet Ali Erbilin oğlu  üsyan etdi:   “Özümü eyvandan atacam"
26 yanvar 2024 16:56 (UTC +04:00)

Mehmet Ali Erbilin oğlu üsyan etdi: “Özümü eyvandan atacam"

Bir neçə gün öncə türkiyəli şoumen Mehmet Ali Erbil yenidən evlənib, uşaq sahibi olmaq istədiyini, əvvəlki nikahdan olan uşaqlarının da bundan məmnun olacağını demişdi.

 Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, şoumenin qızı Jasmin atasının bu qərarından məmnun qalmadıqlarını bildirib.

“Qardaşım Ali Sadi eşidəndə üsyan etdi. Atam yenidən uşaq sahibi olsa özünü eyvandan atacağını bildirib”,- deyə Jasmin qeyd edib.

Jasmin ondan atalıq görmədiklərini, sevgisiz böyüdüyünü, kiçik ikən atasının onu səfərlərə apararkən yanında başqa qadınları da gətirdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5664
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar