Müğənni İrem Derici pandemiya ilə necə mübarizə aparmasından söz açıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bildirib ki, bu dövrdə pulu olmadığından kiçik evə köçüb.
“Baxmayaraq ki, maddi vəziyyətim yaxşı deyil, amma bu dövrü gözəl keçirirəm. Yalnızlığı sevən insanam, ona görə də tək yaşayıram. Kirayəyə ödədiyim pulu iki dəfə azaltdım. Pandemiya yaya qədər bitməsə, xəstəxanada əvvəl qaldığım otağı hazırlasınlar. Məcbur orada yaşayacam”.