Xalq artisti Sərxan Sərxan, gitara ifaçısı Rəhman Məmmədli
29 iyun 2021 11:17 (UTC +04:00)

Xalq artisti Sərxan Sərxan, gitara ifaçısı Rəhman Məmmədli

"Kül sənin oxumağından zövq alan rayonlunun başına" - QALMAQAL DÜŞDÜ

Xalq artisti Sərxan Sərxanın söylədiyi “Rayon camaatı nə bilir teatr, konsert nədir?” sözləri qalmaqala səbəb olub.

Lent.az xəbər verir ki, onun bu fikirləri gitara ifaçısı Rəhman Məmmədlinin xoşuna gəlməyib. O, "Facebook" hesabında Sərxan Sərxanı xalqdan üzr istəməyə səsləyib:

“Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla, şəhər-rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.
Hörmətsiz Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə, rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış, çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43182
avatar

Yalçın UĞUR

Oxşar yazılar