Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl intihar etmək istədiyini etiraf edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ointihar düşüncələrinə nəyin səbəb olduğunu və onlarla necə davrandığını izah edib.
Hersoginya qeyd edib ki, o, əvvəllər kral ailəsinin üzvü olarkən naməlum şəxslərdən tez-tez təhdid və təhqirlərə məruz qalıb. Markl insanların ona qarşı daimi təzyiqinin öhdəsindən gələ bilməyib və hətta intihar etmək barədə də fikirləşib.
Meqan, oxşar problemləri olan insanlara kömək edə biləcəyinə inandığı üçün təcrübəsi haqqında danışmaq qərarına gəlib. O psixoloji dəstək alaraq bu travmanı geridə qoyduğunu söyləyib.