Əməkdar artist Könül Kərimova sosial şəbəkədə ona tənqid yazan izləyicisi ilə mübahisə edib.
Lent.az-ın məlumatına görə, dənizdə gün eynəyi ilə çimən müğənniyə izləyicilərindən biri ”Utanmasan, oynamağa nə var? Heç yaş-başınızdan utanırsız? Abır-həyanı niyə tamamilə tərk etmisiz?”, - şərhini yazıb.
Könül isə əsəbi cavab yazıb: “Yaşından da, olmayan başından da sən utan! Ay xəstə, mundar, anormal! Burda utanılacaq nə var? Ayıb sənə olsun ki, durduq yerdə camaatı təhqir edirsən? Başına da mən boyda daş düşsün, qalasan altında. Bildin?!”